XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2020 - 16:49

Qarabağdan İran ərazisinə mərmi düşüb –Artıq 3-cü dəfə

Qarabağın bəzi bölgələrində döyüşlər İranla həmsərhəd ərazidə gedir.

Strateq.az İRİB-ə istinadla xəbər verir ki, Ərdəbil və Şərqi Azərbaycan vilayətlərinin Azərbaycan Respublikası ilə həmsərhəd hissəsinə artıq 3-cü dəfə mərmilər düşür.

İranın Xudafərin qəzasının valisi Əli Əmirirad faktı təsdiqləyib. Onun sözlərinə görə, sonuncu dəfə döyüş sursatı Yuxarı Qurtalca kəndinin ərazilərinə düşüb.

“Son 24 saat ərzində bu, Qarabağın müharibə gedən bölgələrindən Xudafərinə doğru atılan üçüncü mərmidir. Digər mərmilər mahalın Xələfbəyli və Şərfə kəndlərinin qeyri-məskun ərazilərinə düşüb”, – deyə vali Əli Əmirirad əlavə edib.