“Cəbhə boyu yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür və axan qanların durması, yeni insan itkilərinin və dağıntıların olmaması üçün yeganə yol təcavüzkarın Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsidir”.
Bu barədə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) bəyanatında bildirilib.
Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində qeyri-qanuni mövcudluğu regionda sülh və sabitliyə ciddi təhlükədir: “Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamalı və Ermənistanı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməyə məcbur etməlidir”.