XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2020 - 22:42

Ziyafət Əsgərov:“Ermənistan öz işğalçı əməllərindən əl çəkməsə, çoxlu zabitləri, generalları, əsgərləri məhv ediləcək”

“Ermənistanın Azərbaycana qarşı növbəti təxribatına Ordumuz layiqli cavab verməkdədir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O bildirib ki, Ermənistan dəfələrlə Azərbaycana qarşı həm dövlət sərhədində, həm də işğal olunmuş torpaqlarda təxribatlar həyata keçirib:

“2016-cı il Aprel döyüşləri, iyulda baş verən Tovuz hadisələri bunun bariz nümunəsidir. Ordumuzun indi həyata keçirdiyi əks-hücum əməliyyatları Ermənistanın hərbi təxribatına verilən cavablardır. Ordumuz və ölkəmiz hər zaman beynəlxalq hüququn prinsiplərini əsas götürməklə addımlar atır və Ermənistanın mülki əhalisinə qarşı silah qaldırmayıb. Bu, ordumuzun baza prinsipidir. Ümumiyyətlə, müharibəni aparmağın qaydası budur. Amma əksinə, Ermənistan ordusu bu dəfə də mülki əhalini hədəf götürüb. Bu, Ermənistan Ordusunun faşist, terrorçu mahiyyətini bir daha göstərdi. Bu, Ermənistan Ordusunun faşist və terrorçu mahiyyətini bir daha göstərdi. Bunlar açıq döyüşdə kişi kimi mübarizə apara bilmirlər”.

Talış kəndi istiqamətində gedən döyüşlərdə desant həmlə taborunun komandiri podpolkovnik Lernik Vardanyan öldürülməsinin Ermənistan Ordusunda ruh düşkünlüyünə səbəb olduğunu qeyd edən komitə sədri bildirib ki, erməni zabiti Azərbaycan əsgərini görəndə dizi əsir:

“Bunlar artıq Azərbaycan Ordusunun gücünü, xalqın əhval ruhiyyəsini hiss edir. Azərbaycan Ordusu özgənin torpağında vuruşmur, öz torpağında vuruşur. Azərbaycanda xalq-ordu birliyi mövcuddur, Ermənistan bundan qorxur. Bundan sonra da Ermənistan öz işğalçı əməllərindən əl çəkməsə, onların çoxlu zabitləri, generalları, əsgərləri məhv ediləcək. Ona görə də Ermənistan zabiti, generalı, əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından çıxıb getsin. Artıq ermənilərin köməyinə heç kim gəlməyəcək. Hazırda onlar bir sıra ölkələrə yalvarırlar. Bu ölkələr də Azərbaycana atəşi dayandırmaqla bağlı müraciətlər edirlər. Bu gün bizə sülh təklif edənlər 1 milyon qaçqın öz dədə-baba yurdundan çıxarılanda harada idi?! Xocalı soyqırımı baş verəndə onların vicdanı harada idi?! İndi bu dövlətlər Azərbaycanı sülh danışıqlarına səsləyir. Amma Azərbaycan öz haqq işində sona qədər gedəcək”.