XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2020 - 08:41

Polkovnik Vaqif Dərgahlı:“Ermənistan ərazisindən Daşkəsən rayonunun ərazisi atəşə tutulur”

“Ermənistan növbəti provokasiyaya əl atıb”. 

APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonunun ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur: “Azərbaycan Ordusu tərəfindən adekvat cavab tədbirləri görüləcək”.