XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2020 - 12:25

“Acımız, davamız, sevdamız birdir!”- Türkiyə klublarından Azərbaycana dəstək mesajları

Türkiyə klublarının Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana dəstək mesajı davam edir. 

Apasport.az saytının məlumatına görə, daha bir neçə klub sosial şəbəkə səhifələri vasitəsilə bununla bağlı paylaşım edib.

“Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor”un ardından hazırda Super Liqanın liderlərindən olan “Fatih Karagümrük”, həmçinin “Göztəpə”, “Yeni Malatyaspor”, “Ankaragücü”, “Ərzurum BB”, “Konyaspor”, “Rizəspor” və “Bursaspor” da Azərbaycan ordusuna dəstək nümayiş etdirib.

Azərbaycan və Türkiyə bayraqlarının şəkillərinin paylaşıldığı mesajlarda “Qardaşımızın yanındayıq”, “Bir millət, iki dövlət”, “Can Azərbaycan”, “Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik”, “Acımız, davamız, sevdamız birdir bizim”, – kimi fikirlərə yer verilib.