XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2020 - 13:03

İran XİN-dən təkzib:"Ərazimizdən Ermənistana hərbi yük daşınmayıb"

İran Xarici İşlər Nazirliyinin sözçüsü İslam Respublikası ərazisindən Ermənistana silah və hərbi texnikanın tranziti ilə bağlı media iddialarını rədd edib.

Strateq.az “Təsnim” agentliyinə istinadla xəbər verir ki, Səid Xətibzadə bununla bağlı deyib: “Ölkəmizin ərazilərindən silah və sursatların ötürülməsi üçün heç bir şəkildə istifadə edilə bilməz”.

Xarici İşlər Nazirliyinin sözçüsü İran İslam Respublikası ərazisindən Ermənistana silah və hərbi texnikanın tranziti barədə bəzi KİV-lərin iddiaları ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən vurğulayıb: “İran İslam Respublikası ilə qonşu ölkələr arasında yük maşınları və adi mülki malların tranziti, həmişə olduğu kimi, olub və sözügedən yük maşınları yalnız bu çərçivədə hərəkət edirlər”.

Səid Xətibzadə əlavə edib: “İran İslam Respublikası mal və əmtəələrin ölkələrə köçürülməsi və tranziti prosesini yaxından izləmək və nəzarət etməklə yanaşı, silah və sursatların köçürülməsi üçün ölkəmizin ərazilərindən istifadə edilməsinə icazə vermir”.