XƏBƏR LENTİ

23 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2020 - 16:51

Pompeodan çağırış:"Azərbaycan və Ermənistan danışıqlar prosesinə qayıtmalıdır"

ABŞ dövlət katibi Dağlıq Qarabağdakı zorakılığa son qoyulmasına çağırıb.

Strateq.az “France Press”-ə istinadla xəbər verir ki, Mayk Pompeo bildirib: “Münaqişə tərəfləri Dağlıq Qarabağ bölgəsindəki zorakılığa son qoymalı və danışıqlara qayıtmalıdır”.

ABŞ dövlət katibi bu bəyanatı Yunanistana səfərinin ikinci günü verib.

Mayk Pompeo tərəflərin, yəni Azərbaycan və Ermənistanın hərbi əməliyyatlardan imtina etmələrini və danışıqları ən qısa müddətdə bərpa etməyə zəmin hazırlamaq üçün Minsk Qrupu ilə çalışmalı olduqlarını bildirib.