XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2020 - 19:29

Keçmiş deputatdan XİN-ə tövsiyyə:"Qarabağ münaqişəsində Ermənistanın tərəfini tutmamalıyıq"

İran parlamentinin keçmiş deputatı və sədr müavini Əli Mütəhhəri İslam Respublikasının Xarici İşlər Nazirliyinə maraqlı tövsiyyə edib.

Strateq.az “Xəbəronlayn”-a istinadla xəbər verir ki, Mütəhhəri tvitində yazıb: “Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağla bağlı əvvəlki toqquşmada olduğu kimi, etnik düşüncələrə əsasən Ermənistanın tərəfini tutmamağa diqqət göstərməlidir”.

10-cu çağırış İslami Şura Məclisinin (parlament) Tehrandan seçilmiş millət vəkili “Tvitter”dəki səhifəsində qeyd edib: “Yalnız atəşkəs istəmək və tərəfləri danışıqlara dəvət etmək kifayət deyil, məcburi müharibədə (İraq-İran davası nəzərdə tutulur – red.) gözlədiyimiz kimi, kimin haqlı tərəf olduğunu da görməliyik”.