XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2020 - 11:15

İrandan Ermənistana silah daşınmasını əks etdirən görüntülər yayılıb –Həmin avtomobillər soydaşlarımız tərəfindən yandırılıb

İran ərazisindən Ermənistana silah və hərbi texnika daşınmasını təsdiqləyən yeni faktlar ortaya çıxıb.

Sosial şəbəkələrdə bunu təsdiqləyən videolar yayılır. Videolardan aydın görünür ki, İran ərazisindən keçməklə, Ermənistana silah, hərbi texnika və hərbi təyinatlı maşınlar daşınır.

Buna etiraz edən İranda yaşayan azərbaycanlıların həmin maşınlardan bir neçəsini yandırdığına dair videolar paylaşılır.

İran rəsmiləri hər nə qədər bu faktları təkzib etsələr də, faktlar və görüntülər başqa şey deyir.

İran hər zaman Azərbaycanla dost və qardaş olduğunu, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini vurğulasa da, bir daha diqqətə çatdırmaqda fayda var ki, onun bu addımları qonşuluq, dostluq münasibətlərinə, İslam həmrəyliyinə ziddir. /APA.az