XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2020 - 14:37

“İranın Ermənistana kömək etdiyi barədə şayiələr tamamilə əsassızdır” –Mahmud Vaezi

“İranın Ermənistana kömək etdiyi barədə şayiələr tamamilə əsassızdır”. 

Strateq.az IRIB-ə istinadla xəbər verir ki,  bunu Prezident Aparatının rəhbəri Mahmud Vaezi bildirib.

O, İranın iki ölkə arasındakı qarşıdurmada Ermənistana yardım göndərməsi barədə yayılan xəbərləri qətiyyətlə rədd edərək bildirib: “Bu şayiələr tamamilə əsassızdır və İranla Azərbaycan arasındakı yaxşı münasibətləri pozmağa yönəlib”.

Mahmud Vaezi əlavə edib: “İslam Respublikasının Azərbaycanla bağlı mövqeyi hər zaman açıq və şəffaf olub. Biz qonşu ölkənin ərazi bütövlüyünü hər zaman tanımış, ona hörmət göstərmiş və işğalı sona çatmasını bölgədəki sabitliyin əsası hesab etmişik. Azərbaycan İslam Respublikasının xarici siyasətində mühüm və xüsusi bir yerə sahibdir və biz bu ölkə ilə əlaqələrimizi gücləndirmək və inkişaf etdirmək üçün hər zaman və hər fürsətdən istifadə etmişik”.

Azərbaycan və Ermənistan arasındakı qarşıdurmadan narahatlığını ifadə edən Mahmud Vaezi vurğulayıb: “Son hadisələri diqqətlə izləyirik və iki ölkə arasındakı fikir ayrılıqlarının beynəlxalq hüquq çərçivəsində dialoq və danışıqlar yolu ilə həll olunmasına kömək etməyə hazırıq”.

Prezident Aparatının rəhbəri bəzi KİV-lər və sosial şəbəkələrdə İranın iki ölkə arasındakı qarşıdurmada Ermənistana yardım göndərməsi barədə yayılan şayiələri bir daha qətiyyətlə rədd edib: “Şübhəsiz, Tehranla Bakı arasındakı yaxşı, strateji və hərtərəfli əlaqələrə bu cür əsassız şayiələr təsir göstərməyəcək və iki ölkə arasındakı münasibətlərin pisləşməsini istəyən bədxahların hərəkətləri heç bir nəticə verməyəcək”.