XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2020 - 14:43

Pakistan Senatı və Senatorları Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib –Səfirlik

Pakistan Senatında olan iqtidar və müxalifət partiyaları qruplarının rəhbərləri və digər senatorlar Ermənistanın Azərbaycana qarşı provokasiya və təcavüzlərini pisləyib.

Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, Pakistan Senatı erməni qüvvələrinin Azərbaycanın mülki obyektlərinə və hərbi mövqelərinə mənfur və provokativ təcavüzünün şiddətli şəkildə pislənildiyini və qınanıldığını bildirib: “Biz Azərbaycanın öz ərazi bütövlüyünü və xalqını süveren bir dövlət olaraq qorumaq haqqını, eləcə də, BMT Təhülkəsizlik Şurası səviyyəsində Dağlıq Qarabağla bağlı haqlı mövqeyini tam şəkildə dəstəkləyirik. Beynəlxalq ictimaiyyət və BMT müdaxilə etməli və Ermənistanın regional sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid edən gərginliyə əl atmasını dayandırmalıdır. İşğal olunmuş Azərbaycan torpaqlarının azad olunması üçün erməni qüvvələrinin dərhal Dağlıq Qarabağdan çıxması və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində göstərildiyi kimi münaqişənin sülh yolu ilə həll olunması tələb olunur”.

Pakistan Senatında iqtidar partiyasından olan senatorlar qrupunun rəhbəri Dr. Şahzad Vasim Azərbaycanın Qarabağ regionunda  ermənilər tərəfindən törədilən və itkilərə yol açan mənfur hücumu şiddətlə qınayıb və Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.

Senator Sehar Kamran bu çətin gündə Azərbaycan xalqının yanında olduğunu bildirib. Təmas xətti boyunca erməni qüvvələri tərəfindən Azərbaycanlı mülki əhalinin hədəf alınması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması olduğunu qeyd edib. Beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təsirləri ola biləcəyi üçün hər hansı bir hərbi gərginliyin qarşısının alınmasının vacib olduğunu vurğulayıb.