Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır.
Bu barədə İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin “Twitter”də bildirib.
O qeyd edib ki, Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini dəstəkləməsi və Azərbaycan torpaqlarının işğalının davam etdirilməsi məntiqə və hüquqa ziddir.
“İşğala son qoyulmalıdır”, – deyə sabiq səfir vurğulayıb. (apa)