XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2020 - 14:43

Düşmənin ehtiyat qüvvələri məhv edilib –VİDEO

Qoşunlarımızın zərbələrinə məruz qalan Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taboru ağır itkilərə məruz qaldığından komandanlıqdan təcili surətdə kömək istəyib.

Strateq.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, köməyə gələn ehtiyat qüvvələr tərəfimizdən aşkar olunaraq atəş zərbəsi ilə məhv edilib.