XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2020 - 13:19

İranlı deputatlar:"Ermənistan BMT qəraralarına əməl etməlidir"

İran parlamentinin şimal-qərb regionlarından olan bir qrup deputat Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki hadisələrlə bağlı ortaq bir açıqlama yayıb.

Strateq.az IRIB-ə istinadla xəbər verir ki, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan vilayəyini təmsil edən millət vəkilləri “Dağlıq Qarabağ bölgəsinin İslam dünyasının bir hissəsi” olduğunu vurğulyaraq, “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrininə əsasən, Qarabağda  Azərbaycan Respublikasının suverenliyinin tanındığını və Ermənistan qoşunlarının Qarabağdan qeyd-şərtsiz geri çəkilməsinə tələb olunduğunu” xatırladıblar.

Azərbaycan xalqının hüquqlarını tanıdıqlarını bəyan edən 42 deputat İslam Respublikası səlahiyyətliləri, o cümlədən İran hökuməti və xüsusən, Xarici İşlər Nazirliyindən mehriban qonşuluq prinsipinə istinadla bölgədə əmin-amanlıq və təhlükəsizliyin bərqərar edilməsində səylərini artırmağa səsləyiblər.