XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

24 Mart 2016 - 14:58

Brüssel aeroportunu partladan terrorçunun son sözləri:«Nə edəcəyimi bilmirəm"

Brüssel aeroportunda 22 mart teraktını törədən «kamikadze»lərdən birinin kompüterində onun son qeydləri tapılıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Belçikanın baş prokuroru Fredrik Van Leu məlumat verib.

Prokuror bildirib ki, terrorçunun yaşadığı evin yaxınlığındakı zibillikdən tapılan kompüterdə bu qeydlər var: «Nə edəcəyimi bilmirəm. Məni axtarırlar. Təslim olsam, həbs edəcəklər». 

Prokurorluq hesab edir ki, bu fikirlər 28 yaşlı Belçika vətəndaşı Brahim Bakrauiyə aiddir. İstintaqa görə, Brüssel aeroportunda bombanı məhz o işə salıb.

Brüssel metrosunun «Maalbek» stansiyasındakı partlayışa görə isə istintaq onun 27 yaşlı qarşı Xalid Bakrauini təqsirli bilir.

Son məlumatlara görə, Brüsseldəki silsilə teraktlarda 34 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb. Belçikada 3 günlük matəm elan olunub. Teraktı üstlənən İŞİD Avropanı yeni terror aktları ilə hədələyib.