XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Mart 2016 - 15:36

Kerri ilə Lavrovun görüşü müdriklik atmacası ilə başladı - VİDEO

Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerri ilə rusiyalı həmkarı Lavrov arasında danışıqlar zarafat və atmaca ilə başlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, danışıqlar başlamadan əvvəl Kerri Lavrovu ad günü münasibətilə təbrik edib: «Fürsətdən istifadə edib səni ad günün (66 yaş-red) münasibətilə təbrik etmək istəyirəm. Ümid edirəm ki, bu yaş sənə müdriklik qatacaq. Elə danışıqlara da. 39 yaşa görə əla görünürsən». 

Lavrov təbrikə görə təşəkkür edərək atamcaya cavab verməyi də unutmayıb: "Çox sağ ol, Con. Amma müdriklik yaşla ölçülürsə, onda mən sənə çata bilmərəm».