XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2020 - 20:02

Prokuror Etimad Əsədovun qatillərinə iş istədi- Ömürlük cəza və 23 ilədək həbs...

Azərbaycanın keçmiş Baş prokuroru İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılovun qətli üzrə məhkəmə prosesi davam edir. “Haberturk.cом”un məlumatına görə, İstanbulun Bakırköy 22-ci Ağır Cəza Məhkəməsində keçirilən iclasda prokuror təqsirləndirilən şəxslərə iş istəyib.

Prosesdə qətli törətməkdə ittiham olunan 64 yaşlı keçmiş polis rəisi Gözəl Dəmirov, cinayətdə ona yardım edən Barış Aslantərəflərin vəkilləri iştirak edib.

Dövlət ittihamçısı çıxış edərək ittiham aktının mahiyyəti barədə məlumat verib. О, hadisənin baş verdiyi gün – 19 sentyabr 2018-ci il tarixdə Gözəl Dəmirovun mərhum Etimad İsmayılovun iş otağına girib ona 3 dəfə atəş açdığını və cinayətdə lisenziyasız silahdan istifadə etdiyini bildirib.

İttiham aktına görə, Gözəl Dəmirov hadisə günü mərhumun ofisini ziyarət edərək oradan çıxıb, sonra yenidən silahlı şəkildə qayıdıb. G.Dəmirovun digər müttəhim Barış Aslanla rəhbər-işçi olmaqla yanaşı, yaxın münasibətlərdə olduğu müəyyən edilib.

Barış Aslanın hadisədən əvvəl və sonra Gözəl Dəmirova kömək etdiyi, onu hadisə yerindən uzaqlaşdırdığı qeyd olunur. G.Dəmirov tutulan zaman cinayətdə istifadə olunan silah Barış Aslanın üzərində olub və hadisədə onun da iştirakı təsbit edilib.

Gözəl Dəmirovun əvvəldən planlaşdıraraq qəsdən adam öldürməkdə, lisenziyasız silah gəzdirməkdə (saxlama və ya istifadə etmə) ittiham olunaraq ömürlük həbsi, Barış Aslanın isə qəsdən öldürməyə kömək etmə və lisenziyasız silah gəzdirməkdə (saxlama və ya istifadə) ittiham olunaraq 16 ildən 23 ilədək azadlıqdan məhrum edilməsi istənilib.

Vəkillər ittihama etiraz vermək üçün vaxt istəyib. Məhkəmə tərəflərə vaxt verərək, prosesin təxirə salındığını elan edib.

Strateq.az