XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2020 - 20:42

Təbrizdə Azərbaycana xalqına dəstək –Aksiya

Bu gün Təbrizdə Azərbaycan xalqına dəstək mitinqi keçirilib.

Strateq.az Şərqi Azərbaycan Radio və Televiziya Qurumuna istinadla xəbər verir ki, mitinq iştirakçıları Dağlıq Qarabağla əlaqədar dəstək şüarları səsləndirərək bölgənin İslam, Azərbaycan Respublikası ərazisi olduğunu bildiriblər.

Mitinqdə onlarla insan toplaşıb.

Sosial mediada yerləşdirilən görüntülərə görə, sentyabrın 30-da Ərdəbildə və bu gün Tehran küçələrində Ermənistanla hərbi münaqişədə olan Azərbaycan Respublikasına dəstək üçün bir sıra mitinqlər keçirilib.

Bu videolarda nümayişçilərin türkcə“Dağlıq Qarabağ bizimdir, bizim olacaq” və “Yaşasın Azərbaycan” yazılmış  şüarları səsləndirməsi nümayiş olunur.

Çərşənbə günü sosial mediada “Qarabağa, Şimali Azərbaycana dəstək mitinqi çağırışı” başlıqlı plakatlar yayımlanıb.