XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2020 - 23:37

Cəbhə bölgəsindəki əsgərlərimizdən xalqımıza mesaj:"Torpaqlarımızı işğaldan azad edəcəyik"

Cəbhədə ağır döyüşlər davam edir.

Strateq.az xəbər verir ki, “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı gərgin döyüşlərdə xidmət aparan əsgərlərimizlə söhbətləşib.

Onlar ruh yüksəkliyi ilə döyüşdüklərini bildirirlər: “Hər birimizdə ruh yüksəkliyi var. Döyüşçü kimi düşmənlərimizi məhv edib, torpaqlarımızı azad etmək istəyirik”.

“Allah Ali Baş Komandanımıza uzun ömür, can sağlığı versin. İnşallah, onun səyləri nəticəsində torpaqlarımızı işğaldan azad edəcəyik”, – əsgər Amil Əliyev qeyd edib.

Əsgərlərimiz cəbhə bölgəsindən ailə üzvlərinə və Azərbaycan xalqına salam göndəriblər.