XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2020 - 09:32

“Ukrayna Azərbaycana hərbi kömək etməyə hazırdır” –Ukraynalı deputat

Rəsmi Kiyev Dağlıq Qarabağdakı vəziyyətin kəskinləşməsi fonunda Azərbaycana hərbi dəstək verməyə hazırdır.

Bunu “Ukraina 24” telekanalının efirində “Xalqın xidmətçisi” partiyasından olan Ali Radanın millət vəkili Lyudmila Marçenko deyib.

“Ukrayna bu gün Azərbaycanı müxtəlif ərazilərdə dəstəkləməyə hazırdır. Bu, gələcəkdə lazım olacaq həm hərbi, həm də humanitar dəstək deməkdir. Bu, hərbi vəziyyətdir”, – Marçenko belə deyib.

Marçenko “məsələnin kəskinləşəcəyi təqdirdə Ukraynanın yan keçməyəcəyinə” inandığını bildirib.

“Bildiyim qədəri ilə biz həm hüquqi sahədə, həm də resurs sahəsində yardım edirik, humanitar yardımdan da söhbət gedir. Bu gün ehtiyac duyulanların siyahısını tərtib etmək məsələsi nəzərdən keçirilir”, – deyə millət vəkili əlavə edib. (apa)