Yerli və beynəlxalq jurnalistlər Ermənistan silahlı qüvvələrinin hücumu altındadır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də yazıb.
O bildirib ki, Azərbaycanın Tərtər rayonunun Qapanlı kəndində olan yerli və beynəlxalq jurnalistlər Ermənistan silahlı qüvvələrinin hücumu altındadır.