XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2020 - 11:58

Ermənistan ordusu cəbhə bölgəsində çalışan media nümayəndələrini də hədəfə alır –VİDEO

Ermənistan ordusu dinc əhali, mülki obyekt və inzibati binalarla yanaşı, cəbhə bölgəsində fəaliyyət göstərən media nümayəndələrini də hədəfə alır.

Əks-hücum əməliyyatının başladığı gündən cəbhə bölgəsində peşə fəaliyyətini həyata keçirən yerli və xarici jurnalistlərə qarşı erməni silahlı birləşmələri tərəfindən intensiv hücumlar edilir.

Son günlər ərzində cəbhənin müxtəlif istiqamətlərində fəaliyyət göstərən Türkiyənin “Anadolu”, Azərbaycanın “Azərtac”, APA, Turan, ARB TV, Xəzər TV, İctimai TV, Space TV, ATV, BAKU TV kimi xəbər agentlikləri və televiziya qurumlarının əməkdaşları düşmənin mərmi atəşinə tuş gəliblər. Bu hücumların əks olunduğu kifayət qədər video və materiallar yayılsa da, beynəlxalq ictimaiyyət, eləcə də beynəlxalq media qurumları baş verənlərə heç bir münasibət bildirmir.

Erməni silahlı birləşmələri tərəfindən media nümayəndələrinə qarşı baş tutan bu hücumlar ciddi şəkildə araşdırılmalı, beynəlxalq jurnalist təşkilatları bu vəziyyətlə bağlı obyektiv və qərəzsiz mövqe nümayiş etdirməlidir.