XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2020 - 12:49

Pakistan XİN:Ermənistan silahlı qüvvələrinin mülki əhalini intensiv atəşə tutmasını qəti şəkildə pisləyirik

“Pakistan Dağlıq Qarabağ bölgəsində vəziyyətin pisləşməsindən dərin narahatlıq duyur”.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü bildirib.

O, Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini intensiv atəşə tutmasını qəti şəkildə pisləyib.

“Bu, bütün regionda təhlükəsizliyi və sülhü poza bilər. Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatları dayandırmalıdır. Pakistan BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə qəbul olunan bir neçə qətnaməyə əsaslanır və Azərbaycanın mövqeyini dəstəkləyir”, – deyə XİN rəsmisi qeyd edib.