XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2020 - 14:39

Ermənistan kiberməkanda təxribatlarını davam etdirir –Nazirlik

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən Azərbaycandakı istifadəçilərin elektron poçt ünvanlarına “fişinq” hücumları qeydə alınıb.

Nazirlikdən verilən məlumata görə, belə ki, azərbaycanlı e-poçt istifadəçilərinə guya Azərbaycan hakerləri tərəfindən düşmənə aid sənədlərin ələ keçirildiyini bildirən elektron məktublar yollanılır və əlavə olaraq giriş üçün təhlükəli keçid qeyd olunur. Keçidə daxil olduqda e-poçt hesabının istifadəçi adı və parolu istənilir.

Qeyd edək ki, həmin saxta və təhlükəli məktuba cavab olaraq məlumatlar təqdim edən hər bir poçt sahibinin şəxsi məlumatları bu keçid vasitəsilə təxribatçıların əlinə keçir. Məqsəd istifadəçilərimizin fərdi məlumatlarını ələ keçirmək və təxribatçılıq əməllərini daha təhlükəli formada davam etdirməkdir.

Nazirlik vətəndaşlardan bir daha xahiş edir ki, hazırkı dövrdə xüsusilə ayıq davransınlar, hər məlumata etimad etməsinlər, hər hansı şübhəli keçidə daxil olmasınlar, hər hansı faylı və ya tətbiqi yükləməsinlər.

Yanlışlıqla “fişinq” keçidlərə daxil olduqda fərdi məlumatlarınızı təqdim etməyin, dərhal cihazınızı şəbəkədən ayırın, antivirus və oxşar proqramlarla skan edin, hesablarınızın şifrlərini dəyişin, məlumatlarınızın ehtiyat nüsxəsini saxlayın və baş verən insident barədə www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verin.