XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2020 - 15:03

“Azərbaycan Silahlı Qüvvələri əməliyyatları çətin şəraitdə davam etdirir” –Prezidentin köməkçisi

Azərbaycan Silahlı Qüvvələri əməliyyatları çətin şəraitdə davam etdirir.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Azərbaycan Ordusu düşmənin uzunmüddətli istehkamını məhv edir:

“Çünki 30 il ərzində düşmən beton istehkam sistemləri qurub. Onlar 8-10 metr dərinlikdə beton istehkam sistemlərində gizlənib. Azərbaycan hərbçiləri bu çətin şəraitdə addım-addım irəliləyir. Azərbaycan əsgəri bu çətin relyef şəraitində düşmənin mövqelərini darmadağın edir, torpaqlarımızı azad edir”.