XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 October 2020 - 15:37

“Mülki infrastruktura dəymiş zərər qiymətləndirilir” –Hikmət Hacıyev

“Ermənistanın Vardanes rayonu ərazisindən “Tocka-u” raketi kimi təsnif edilən raket vasitəsilə Azərbaycanın Şəmkir rayonu istiqamətinə raket atılıb. Bunun nəticəsində mülki infrastruktura dəymiş zərərin qiymətləndirilməsi aparılır”.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Xatırladaq ki, sentyabrın 27-dən bu gün səhər saat 10:00-a qədər düşmən ordusunun hücumu nəticəsində Azərbaycan ərazisində 41 mülki obyekt, 175 yaşayış evi yararsız vəziyyətə düşüb.