XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2020 - 17:20

Ədalət Partiyasının sədr müavini:"Ordumuzun əks-hücum və cəzalandırma əməliyyatı planları ustalıqla hazırlanıb"

 “Azərbaycan Ordusunun 27 sentyabrdan başladığı əks-hücum və cəzalandırma əməliyyatı planının olduqca ustalıqla hazırlandığı, bütün risk və təhdidlərin, təhlükələrin öncədən hesablandığı getdikcə daha aydın görünür və yəqin ki, hərb tariximizə də “Məngənə” adıyla düşəcək”.

Bunu tanınmış jurnalist, Ədalət Partiyasının Siyasi Şurasının üzvü, partiya sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü deyib.

E.Şükürlü əməliyyat planını belə xarakterizə edib: “Şimal və cənub cinahından düşmənin strateji yüksəkliklərini, əsas əlaqə yollarını nəzarətə götürməklə, bütün Dağlıq Qarabağı mühasirəyə salmaq, dinc əhaliyə ziyan vurmamaq şərtiylə onların Ermənistana köçünə nail olmaq və sonda da Dağlıq Qarabağdakı Ermənistanın hərbi qüvvələrini təslim olmağa sövq etmək!

Görünən odur ki, əməliyyat planı, rusların və ermənilərin iddia etdikləri və gözlədikləri kimi, heç də “ən qısa müddətə maksimum ərazi tutmaq” taktikası üzrə deyil, düşməni uzunmüddətli savaşa çəkib resurslarını tükətmək, digər, xüsusən Qərb sərhədlərimiz istiqamətindı qoşun yerdəyişmələri aparmağa sövq etmək və canlı-texniki itkilərini maksimum çoxaltmaqla birdəfəlik sarsıtmaq, sonda isə kapitulyasiyaya məcbur etmək strategiyası üzərində qurulub!

Bax, buna deyərlər əsl məngənə, əhsən!”

“Nəzərə alsaq ki, bütün dünya üçün fövqəladə əhəmiyyətli hadisə sayılan ABŞ-dakı seçkilərə düz bir ay vaxt var, deməli, Azərbaycan tərəfi atəşi saxlamaq haqda bütün çağırış və bəyanatları da çox rahatlıqla rədd edə biləcək!

Azərbaycan əsgəri qanıyla, canıyla millətimizin şərəf və qürur tarixinin qızıl səhifələrini, qurulacaq yeni dünya düzənində ölkəmizin gələcək taleyini yazır! Allah onu bütün savaşlardan qalib çıxarsın!”,- deyə jurnalist vurğulayıb.

Dominant.az