XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2020 - 17:30

“Gürcüstanda Ermənistanın işğalçı ordusunu dəstəkləmək cinayətdir” –Səfir

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Ermənistanın bu ölkədəki səfiri Ruben Sadoyanın təxribatlarına münasibət bildirib.

Səfir Gürcüstandakı radikal erməni qruplaşmalarının fəallaşdığını qeyd edib.

F.Quliyevin sözlərinə görə, həmin qruplar Azərbaycanın Qarabağ bölgəsinə göndərilməsi üçün “könüllülər”in qeydiyyatı üzrə aksiyalar təşkil edir, xüsusən də Gürcüstan vətəndaşlarını rəsmi Tbilisinin strateji müttəfiqi olan Azərbaycana qarşı təcavüz həyata keçirən kombatantlara, qanunsuz silahlı birləşmələrin üzvlərinə çevirməyə çalışırlar: “Dünən Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanın çağırışı ilə bu ölkənin Tbilisidəki səfirliyi qarşısında erməni icması nümayəndələrinin aksiyası təşkil edildi. İştirakçıların qarşısına çıxan sözdə “diplomat” Azərbaycanın işğal olunmuş ərazilərinin adının erməni versiyasını şüar olaraq səsləndirdi, erməni işğalçı ordusuna tərif yağdırdı, amma bir məntiqlı dəlil gətirməyə aciz qaldı.

Təcavüzü bayraq edən və 1992-ci ildə soyqırımı törətməklə, 613 Xocalı sakinini vəhşicəsinə qətlə yetirənləri tərənnüm etmək beynəlxalq hüquq baxımından cinayətdir. Bunu təcavüz və işğaldan əziyyət çəkən Gürcüstanda etmək isə, əxlaq və insanı baxımdan da ikiqat cinayətdir”.

Azərbaycan səfiri Gürcüstanın dövlət qurumlarını və ictimaiyyətini qərargahı Ermənistan səfirliyi olan bu cür təxribatları qətiyyətlə pisləməyə çağırıb: “Gürcüstanda təcavüzü dəstəkləmək və sabitliyi pozmaq əvəzinə, Sadoyan üçün – əgər xəritəyə baxıb onun təriflədiyi bədnam döyüşçülərin Azərbaycanın Dağlıq Qarabağ torpaqlarında işğalçı olduğunu dərk edə bilmirsə – susmaq daha yaxşı olardı”.