XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 October 2020 - 17:36

Fransanın Paris və Nant şəhərlərinin küçələrini “Qarabağ Azərbaycandır!” plakatları bürüyüb –Diasporla İş üzrə Dövlət Komitəsi

Fransanın Paris və Nant şəhərlərinin küçələrini Azərbaycanı dəstəkləyən şüarlar yazılmış plakatlar bürüyüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Fransada yaşayan Azərbaycan icması üzvlərinin təşkil etdikləri aksiyalar zamanı “Dağlıq Qarabağda erməni təcavüzünə son!”, “Dağlıq Qarabağ Azərbaycandır!”, “İşğal olunmuş əraziləri azad edin!” şüarlarını əks etdirən plakatlar əhalinin sıx yaşadığı rayonlarda xüsusi yerlərə yapışdırılıb.

Soydaşlarımız yerli sakinlərin diqqətini Azərbaycanın işğal olunmuş torpaqlarına cəlb edəcək bu aksiyanı Fransanın digər şəhərlərində də davam etdirəcəklər.