XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2020 - 18:42

Özbəkistan səfiri:“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməlidir”

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir”.

Bunu Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Əşrəfxanov “Region plus” jurnalına müsahibəsində deyib.

Səfirin sözlərinə görə, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki gərginlik Özbəkistanda dərin narahatlığa səbəb olub.

Diplomat qeyd edib ki, Özbəkistan MDB məkanında mübahisəli məsələlərin beynəlxalq hüququn normalarına uyğun olaraq sülh yolu ilə, qarşılıqlı etimad və mehriban qonşuluq şəraitində həllinin vacibliyini dəstəkləyir.

Əşrəfxanov beynəlxalq təşkilatlarda Özbəkistan və Azərbaycan arasında sıx əməkdaşlığın olduğunu vurğulayıb: “Biz müxtəlif məsələlər və problemlərlə bağlı birmənalı olaraq və qətiyyətləbir-birimizi dəstəkləyirik”.