XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2020 - 19:51

“Ermənistan antisemitizm sahəsində qeyd-şərtsiz liderdir” – Lev Spivak

Ermənistan antisemitizm məsələsində nəinki liderlik edir, hətta qeyd-şərtsiz liderdir.

Bunu Trend-ə Azərbaycan-İsrail Dostluq Assosiasiyasının (Azİz) baş direktoru Lev Spivak deyib.

O bildirib ki, ən son sorğulara əsasən, dünyada ən yüksək antisemitizn göstəricisi (60 faiz) Ermənistanda qeydə alınıb. İkinci yerdə qərarlaşan Yunanıstanda isə bu rəqəm 30 faizə bərabər olub.

L.Spivak qeyd edib ki, Azərbaycanda hər zaman on minlərlə, bəlkə də yüz minlərlə yəhudi yaşayıb. Ermənistanda isə yəhudilər heç vaxt olmayıb, indi isə yüz nəfərdən çox olmaz:

“Ermənistan monoetnik respublikadır və orada yəhudilər yoxdur. Ölkədə yəhudilər olmaya-olmaya antisemitizmin səviyyəsinin yüksək olmasının səbəbini heç kim başa düşmür”.