XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2020 - 20:04

Ermənistan Baş Nazirinin müavini Rusiyadan mülki təyyarədə silah gətirməyə çalışır

Ermənistan Baş Nazirinin müavini Mher Qriqoryan Moskvaya səfərə gedib.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, M. Qriqoryanın səfərinin rəsmən rusiyalı həmkarı Aleksey Overçukla görüş olduğu bildirilsə də, əslində o, başqa məqsədlə Rusiyaya gedib.

Ermənistana məxsus mülki təyyarə ilə Moskvaya gedən M. Qriqoryan bu təyyarəyə silah-sursat yükləyərək onu Gürcüstanın hava məkanı üzərindən Ermənistana gətirməyə çalışır.

Qeyd edək ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının müəyyən etdiyi qaydalara və Beynəlxalq Mülki Aviasiya Konvensiyasına əsasən, mülki təyyarələrdə silah daşınması qanunla qadağandır. (apa)