XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Mart 2016 - 21:14

AKP Zərrabla bağlı sükutu pozdu- İlk rəsmi açıqlama qəzəbli oldu

AKP hökuməti bir neçə gün əvvəl ABŞ-da həbs olunan türkiyəli iş adamı Rza Zərrabla bağlı sükutu, nəhayət ki, pozdu.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk rəsmi açıqlama hökumət sözçüsü Ömər Çelikdən gəlib: «Amerikalı prokuror bir iddia irəli sürüb. Buna qiymət verməyəcəm. Lakin müşahidə etdiyim odur ki, orada Türkiyədəki siyasətə necə quruluş verilməsinə dair, həmçinin hörmətli prezidentimiz və bəzi dostlarımızla bağlı necə qarşıqlıq yaradılması istiqamətində xəstə bir faəliyyət var. Dünəndən bəri Türkiyədə xəbər və şərhlərin yayılma tərzinə baxsaq, görərik ki, bir prokurorun qənaətini Türkiyənin az qala, daxili siyasətini dizayn edəcək olay kimi təqdim edirlər. Hətta bunu Türkiyə-İran-ABŞ münasibətlərini müəyylənləşdirəcək beynəlxalq münasibətlər teoriyası kimi göstərməyə çalışırlar. Gerçəkliyi əks etdirməyən xəbər və şərhlərə, xəstəlik tərzində müxaliflik çabalarına şahid oluruq. Türkiyə ilə bağlı söylənənlərin gerçək olduğunu düşünmürəm».

Qeyd edək ki, R.Zərrabın işi üzrə ABŞ-da başladılan cinayət işində daha 6 nəfərin adı çəkilir. Onların arasında AKP hökumətinə bağlı şəxslərin olması da istisna deyil. 

Zərraba ABŞ-a qarşı maliyyə fırıldaqçılığı, bank saxtkarlığı, «çirkli pulların yuyulması», «sanksiyaların yarılması» kimi, ittihamlar irəli sürülüb. İttihamlar təsdiqini taparsa, iş adamını 75 il həbs cəzası gözləyir.