XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2020 - 17:54

Xətibzadədən xəbərdarlıq:"İran ərazisinə təcavüz yolverilməzdir"

“Münaqişəyə cəlb olunmuş istənilən tərəfin ölkəmizin ərazisinə təcavüzü qəbuledilməzdir”.

Strateq.az “Təsnim”ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

O, Dağlıq Qarabağda gedən döyüşlərə toxunaraq əlavə edib: “Bütün tərəfləri bu mövzuya lazımi ehtiyatlılıq göstərməsi barədə ciddi xəbərdar edirik”.

Səid Xətibzadə deyib: “Ölkəmizin sərhəd bölgələrindəki hərəkətlər İran İslam Respublikası tərəfindən ciddi şəkildə və həssaslıqla izlənilir. Bu baxımdan ərazimizə istənilən təcavüzü yolverilməz hesab edirik”.

XİN sözçüsü Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşmağın zəruriliyini, mülki şəxslərə qarşı zorakılıq etməmə prinsipini, hərbi əməliyyatların dayandırılması, məzmunlu danışıqların başlaması çağırışını və bu məqsədlərə çatmaq üçün İslam Respublikasının vasitəçiliyə hazır olması təklifini bir daha təkrarlayıb.