XƏBƏR LENTİ

23 Oktyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2020 - 10:33

“Sentyabrın 27-dən düşmənin yaşayış məntəqələrini artilleriyadan atəşə tutması nəticəsində 22 nəfər həlak olub” –Baş Prokurorluq

Baş Prokurorluq Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermis itkilərlə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, 27.09.2020-ci il tarixdən – hazıradək (04.10.2020-ci il saat 10:00)  həlak olmuş şəxslərin sayı 22 nəfər, yaralanmış şəxslərin sayı 74 nəfər, ziyan dəymiş mülki obyektlərin sayı 49 ədəd, ziyan dəymiş yaşayış evlərinin sayı 248 ədəd olub.