XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 October 2020 - 14:48

“Bizim qələbələrimiz bundan da artıq olacaq” –Hikmət Hacıyev

“Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimiz öz rəşadətlərini göstərir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, çox ağır relyef şəraitində mövcud olan hərbi istehkamları keçərək Suqovuşan istiqamətində nailiyyətlər əldə ediblər: “Bizim qələbələrimiz bundan da artıq olacaq. Məqsədimiz işğal olunmuş ərazilərimizin işğaldan azad edilməsini təmin etməkdir. Xalqımız əmin olsun ki, Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri altında legitim hərbi hədəfləri sıradan çıxararaq onların bütün hərbi resurslarını məhv edir. Həmçinin atəşi həyata keçirən məntəqələr, xüsusən də işğal altındakı ərazilərimizdəki yerləşdirilən düşmən məntəqələri sıradan çıxarılır”.