XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2020 - 08:56

Ermənilər Tərtərə növbəti dəfə top atdı –2 mülki şəxs yaralandı

Cəbhədə şiddətli döyüşlər davam edir. 

Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur.

Düşmən yenidən rayonun dinc sakinlərini hədəf alıb.

Oktyabrın 4-ü gecə saatlarında ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri şəhərin mərkəzinə düşüb. Nəticədə şəhər sakinləri – 1981-ci il təvəllüdlü Taleh Novruzov və 1993-cü il təvəllüdlü Süleymanov Davud Elxan oğlu yaralanıb. Həmin şəxslər xəstəxanaya çatdırılıb.

Bundan başqa, mülki evlərə, obyektlərə və inzibati binalara ziyan dəyib. Bir çox evlər, obyektlər dağıdılıb. Hazırda döyüşlər davam edir. (report)