XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2020 - 10:02

“Mülki şəxslərin ölüm və yaralanmalarına səbəb olan hücumları qınayırıq” –BQXK

“Dağlıq Qarabağ münaqişəsi gərginləşdikcə, əhalinin yaşadığı ərazilərə ağır partlayıcı silahlardan istifadə ilə edilən hücumların artması mülki əhalinin ölümünə səbəb olur”.

Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) bildirilib.

BQXK-nın Avrasiya üzrə Regional Direktoru Martin Şüepp bildirib ki, BQXK mülki şəxslərin həyatlarını itirdikləri və dəhşətli yaralanmalara məruz qaldıqları böyük şəhərlərdə, qəsəbələrdə və digər yaşayış yerlərində fərq qoymayan mərmi və digər partlayıcı silahdan istifadə edərək həyata keçirilən və qanunsuz olduğu iddia edilən hücumları qətiyyətlə pisləyir: “Mülki şəxslər və xəstəxanalar, məktəblər və bazarlar kimi mülki infrastrukturu qorumaq və fərqləndirmək üçün bütün mümkün tədbirlər görülməlidir. Mülki şəxslərin su təchizatı da müdafiə olunmalıdır. Bu, beynəlxalq humanitar hüquqa görə götürülmüş öhdəlikdir”.

Məlumatda qeyd edilib ki, bölgədəki sentyabrın 27-dən bəri davam edən döyüşlərin nəticəsində təmas xəttinin hər iki tərəfində çoxlu sayda mülki şəxsin öldüyü və yaralandığı bildirilir. Son günlərdə əhalinin məskunlaşdığı ərazilərdə ağır və partlayıcı silahların istifadəsi artıb: “Yüzlərlə ev və xəstəxanalar, məktəblər kimi əsas infrastruktur ağır artilleriya atəşləri və raketlər daxil olmaqla hava hücumları nəticəsində dağılıb və ya zədələnib. Yol, elektrik və qaz təchizatı, kommunikasiya şəbəkələri də zədələnib. Təhlükəsiz sığınacaq axtaran ailələr yaşayış yerlərini tərk edir, digərləri isə qızdırılmayan zirzəmilərdə gecə və gündüz sığınıb.

Yaşayış məntəqələrində yerləşən hərbi obyeklərə qarşı geniş təsir sahəsi olan partlayıcı silahların istifadəsi, fərq qoymayan və qeyri-mütənasib hücümları qadağan edən beynəlxalq humanitar hüquqa zidd sayıla bilər. BQXK hesab edir ki, təsirin və mülki şəxslərə dəyə biləcək ziyanın nəticələrinin məhdudlaşdırması yönündə lazımı tədbirlər görülmədiyi halda geniş təsir sahəsi olan partlayıcı silahların istifadəsindən qaçılmalıdır”.