XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2020 - 11:10

Hulusi Kılıç:“Qarabağ Azərbaycandır!”

“Bu gün Azərbaycanda güclü bir lider var və bu liderin ətrafında güclü ordu, ona güvənən, etimad edən xalq dayanıb”.

Bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

O bildirib ki, qəhrəman Azərbaycan Ordusu irəlilədikcə Ermənistan hərbi, siyasi nüfuzunu itirir və daha da aqressivləşir: “Ermənistanın Gəncə şəhərinə və Tərtər rayonuna olan hücumlarını qətiyyətlə pisləyirəm. Bu hücumları ilə Ermənistan terror dövləti olduğunu bir daha sübut edib”.

Diplomatın sözlərinə görə, Ermənistanın Gəncə şəhərinə qadağan olunmuş bomba atması, artıq onun həddini aşdığını göstərir: “Ermənistan hesab edirdi ki, bu dəfə də beynəlxalq təşkilatlar onu dəstəkləyəcək. Onsuz da indiyədək beynəlxalq qurumların laqeydliyi üzündən Ermənistan bu qədər ərköyünləşib. Azərbaycan torpaqlarının işğal edilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrində əksini tapıb. Ermənistanın hücumları Azərbaycanı başladığı haqlı mübarizədən geri döndərə bilməyəcək”.

Kılıç qeyd edib ki, atəşkəs çağırışı edən dövlətlər bu çağırışı Azərbaycana yox, Ermənistana etməlidirlər: “Təcavüzkar, işğalçı, ilk hücum edən Ermənistandır”.

O vurğulayıb ki, Türkiyə dövləti və xalqı Azərbaycanın yanındadır: “Qarabağ Azərbaycandır!”. (apa)