Bu gün Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər yetişməsində, onlara milli ruhun aşılanmasında müəllimlərin əməyi danılmazdır.
Bunu Təhsil naziri Emin Əmrullayev 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərə ünvanladığı müraciətdə bildirib.
Nazir müəllimlərə müraciətində daha sonra bunları qeyd edib: “Sizi 5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik edirəm! Təkcə bu gün deyil, şagirdinizin, tələbənizin uğuruna sevindiyiniz hər gün sizin gününüz, bayramınızdır.
Pandemiya şəraitində sizin zəhmətiniz xüsusilə qeyd edilməlidir. Bu çətin günlərdə fədakar əməyinizə, göstərdiyiniz dəstəyə görə çox sağ olun!”