XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2020 - 12:01

“Dinc sakinlərə hücum qəbuledilməzdir” –İran XİN

“Əsas prinsip var, o da budur ki, dinc sakinlərə hücum etmək olmaz. Biz şəffaf, aydın və bir an belə gözləmədən elan etdik ki, dinc sakinlərə hücum qəbuledilməzdir”.

Bunu “Dünən Ermənistan Azərbaycanın mülki əhalisinin sıx yaşadığı, döyüş bölgəsindən çox uzaqda olan, həmçinin strateji mülki obyektlərin olduğu Gəncə, Mingəçevir şəhərlərinə və Abşeron yarımadasına raket zərbələri endirib. Onlarla mülki şəxs yaralanıb, ölənlər var. Rəsmi Tehranın bu məsələyə münasibəti necədir” sualına cavabında İran XİN sözçüsü Səid Xətibzadə bildirib.

“Biz hər iki ölkəyə bildirmişik, və təkidlə bu münaqişədə mülki şəxslərin həyatının qorunmasının lazım olduğunu elan edirik. Eləcə də mülki təsisatlar və yerlər də  qorunmalıdır. Düşünürəm, hamı yardım etməlidir ki, bu münaqişənin alovu sönsün. Müharibənin alovlanmasına kimsə yardım etməməlidir”, – deyə İran XİN sözçüsü vurğulayıb. (apa)