XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2020 - 16:08

Türkiyənin Müdafiə naziri:“Ermənistan qəhrəman Azərbaycan Ordusu qarşısında böyük məğlubiyyətə düçar olub”

“Sonuna qədər azərbaycanlı qardaşlarımızın yanındayıq və yanlarında olmağa davam edəcəyik”.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Terror təşkilatları ilə əməkdaşlıq edən Ermənistan cəbhədə qəhrəman Azərbaycan Ordusu qarşısında böyük məğlubiyyətlə üzləşən kimi, əvvəlcə “qara piar”a əl atdı. Hər şeyin yalan olduğu çox qısa müddətdə ortaya çıxdı. İndi de barbarlıqla günahsız mülki əhalinin yaşadığı bölgələri hədəf seçir. Ermənistan bu şəkildə müharibə cinayəti törədir. Bunu hamı bilməlidir. Eyni zamanda, 30 il müddətində işğala səssiz qalanlar Ermənistanın bu sifətini görməli və işğal edilən torpaqların həqiqi sahiblərinə verilməsi üçün səy göstərməlidir”, – deyə H. Akar vurğulayıb.