XƏBƏR LENTİ

23 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2020 - 20:39

Baş Prokurorluq erməni təxribatları barədə məlumat yayıb

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilir ki, işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla 05.10.2020-ci il tarixdə Ağdam rayonunun müxtəlif istiqamətlərində intensiv atəşə tutması nəticəsində 1954-cü il təvəllüdlü Rəhimov Eyvaz Musa oğlu həlak olmuş, rayonun Üçoğlan kənd sakini 1971-ci il təvəllüdlü Səfərov Mehman Ağalar oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir.

Bundan başqa, düşmənin Goranboy rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması səbəbindən yaşadığı evə top mərmisinin düşməsi nəticəsində Qızılhacılı kənd sakinləri 1955-ci il təvəllüdlü Abbasova Raziyə Bayraməli qızı həlak olmuş, eyni zamanda top mərmisinin düşdüyü başqa bir yaşayış evinin sakinləri 1958-ci il təvəllüdlü Həsənov Məşdi İbrahim oğlu, sonuncunun qızı 1984-cü il təvəllüdlü Sevinc Həsənova və azyaşlı nəvəsi 2011-ci il təvəllüdlü Həsənov Elcan Elgün oğlu, boş sahəyə düşmüş top mərmisinin qəlpələrindən 1969-cu il təvəllüdlü Ələkbərov Rasim Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerlərində döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.