XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 08:47

Qırğızıstanda ara qarışdı:etirazçılar həbsdə olan Almazbek Atambayevi azad etdilər

Qırğızıstanda etirazçılar dövlət administrasiyasının da yerləşdiyi parlament binasını ələ keçiriblər.

APA xəbər verir ki, bu barədə “TASS” agentliyinin hadisə yerində olan müxbiri bildirib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə iki saatlıq qarşıdurmadan sonra etirazçılar Qırğızıstanın dövlət başçısı administrasiyasının da yerləşdiyi binanın yaxınlığındakı hasarlanmış əraziyə keçməyə nail olublar. Mühafizəçilər ərazidən uzaqlaşıblar.

Parlament seçkilərinin nəticələri ilə razılaşmayan etirazçılar daha sonra Qırğızıstanın paytaxtındakı Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTDK) İstintaq Təcridxanasının binasına girərək orada həbsdə olan keçmiş prezident Almazbek Atambayevi sərbəst buraxıblar.

Etirazçılar bunun üçün təcridxananın qapılarını sındırıblar. Xüsusi təyinatlılar da Atambayevin və onun tərəfdarlarının sərbəst buraxılmasını tələb edən etirazçılara qoşulublar.

Xatırladaq ki, A.Atambayev 2019-cu ilin avqustunda tutulub və o vaxtdan bəri MTDK-nin İstintaq Təcridxanasında saxlanılırdı. Ona qarşı korrupsiya və kütləvi iğtişaşların təşkili kimi bir sıra ittihamlar irəli sürülmüşdü. A.Atambaev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib.