XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 10:10

Əli Əkbər Vilayəti:"Azərbaycan Respublikasının işğal olunmuş əraziləri boşaldılmalıdır"

“Azərbaycan Respublikasının işğal olunmuş əraziləri boşaldılmalıdır”.

Strateq.az “Keyhan” qəzetinə istinadla xəbər verir ki, bunu İran Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib.

“Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalıdır, lakin həll yolu hərbi deyil”.

“Keyhan” qəzetinə verdiyi müsahibədə Vilayəti deyib: “Bütün ölkələrin ərazi bütövlüyünə hörmət edilməsi BMT Nizamnaməsinin prinsiplərindən biridir və biz də, təşkilatın üzvü olaraq, ona sadiqik. Azərbaycan Respublikasının cənub hissəsi, təxminən 7 rayon Ermənistan tərəfindən işğal edilib. Bununla bağlı olaraq BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, onların hamısında Azərbaycanın bu bölgələrini işğal etmiş ermənilərin beynəlxalq sərhədlərinə qayıtması tələb olunur. BMT üzvü olaraq Ermənistanın işğal olunmuş əraziləri Azərbaycana qaytarmasını istəyirik. Bu ərazilərin işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı köçkün düşüb və tezliklə vətənlərinə qayıtmalıdırlar. Yəni Fələstinin sionist rejim tərəfindən işğalına qarşı çıxdığımız kimi, burada da eyni mövqedəyik”.

Əli Əkbər Vilayəti əlavə edib: “Növbəti məsələ budur ki, hərb həll yolu deyil, münaqişə siyasi yolla həll olunmalıdır. Buna görə də, kiminsə hərbi əməliyyat keçirməsinə qarşıyıq. Çünki bu müharibənin itkisi insanlardır, xüsusən son zamanlar yaşayış məntəqələrinin bombalandığını nəzərə alsaq. Bu müharibə iki xalqın mənafeyinə və bölgənin təhlükəsizliyinə ziddir”.

Ayətullah Xamnəinin müşaviri bildirib: “Həm Ermənistanın, həm də Azərbaycanın qonşusuyuq. Bu qonşuların bir-biri ilə döyüşməməsi bizim marağımızdadır. Ermənistan bizim qonşumuzdur və Azərbaycanla din, dil, tarix və mədəniyyətdə oxşar cəhətlərimiz var. İran İslam Respublikası və Azərbaycan Respublikası kimi az sayda ölkə bu ortaq cəhətlərə malikdir və bir-birinə bu qədər yaxındır. Biz Azərbaycanın taleyindən çox narahatıq və hesab edirik ki, ərazi bütövlüyü qorunmalı və işğal olunmuş ərazilər boşaldılmalıdır.

Biz Ermənistanla da qonşuyuq və qonşuluqda uzun bir ortaq tariximiz var və nə ermənilərin, nə də azərbaycanlıların itkiyə məruz qalmasını istəyirik. Həm müsəlmanlar, həm də xristianlar tamamilə təhlükəsiz olmalıdırlar. Amma Azərbaycan Respublikasının pozulmuş hüquqları təmin edilməli, işğal olunmuş əraziləri ona qaytarılmalı və qan tökülməsinə son qoyulmalıdır. İslam Respublikası bu iki qonşu ölkə arasındakı vasitəçilik və sülh naminə heç bir köməyi əsirgəməyəcək”.