XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 October 2020 - 12:44

Ermənilər Tərtəri yenə atəşə tutub –Mülki obyektlərə ziyan dəyib

Cəbhədə döyüşlər davam edir.

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur, dinc sakinləri hədəf alır.

Səhər saatlarından başlayaraq ermənilər Tərtər şəhərinə 130-dan çox top mərmiləri atıb. Nəticədə mülki evlərə, mülki obyektlərə ziyan dəyib.

Azərbaycan Ordusu tərəfindən düşmənə adekvat tədbirlər görülür, hazırda döyüşlər davam edir/Report.