XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

25 Mart 2016 - 15:03

Avropa Şurasında Naxçıvan barədəməlumat verilib

Anar-Ibrahimov

Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov

Martın 22-24-də Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Yerli və regional səviyyədə etika və şəffavlıq” mövzusuna həsr edilmiş növbəti 30-cu plenar sessiyası keçirilib.

Sessiyada gündəliyə salınmış bir sıra məsələlər ətrafında müzakirələr aparılıb, Konqresdə Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvləri ayrı-ayrı mövzularla bağlı müzakirələrə qatılıb, çıxışlar ediblər.

Sessiyanın əsas şuarı olan “Yerli və regional səviyyədə şəffaflığın təmin edilməsi” məsələsinin müzakirəsi zamanı Azərbaycan heyətinin üzvü Gülnaz Salamova ölkəmizdə vətəndaşların dövlət və ictimai xidmətlərə çıxışını asanlaşdıran “ASAN xidmət” barədə sessiya iştirakçılarına məlumat verib. Sessiyada digər Azərbaycan nümayəndəsi Samirə Əliyevanın da çıxışı yaddaqalan olub. O, ölkəmizin torpaqlarının Ermənistan tərəfindən işğal olunması nəticəsində bir milyondan çox insanın məcburi köckün vəziyyətində yaşaması və bu halın təhlükəsizliyə ən böyük təhdid olduğunu bildirib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov Avropada regionlaşmaya dair tematik debatlar zamanı çıxışında isə, ölkəmizdə muxtariyətin müsbət təcrübəsi olan Naxçıan Muxtar Respublikası, onun xüsusiyyətləri və fərqlilikləri barədə məlumat verib.

Onu da qeyd edək ki, sessiya çərçivəsində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin baş katibi Anderas Kiferin Azərbaycan nümayəndə heyəti ilə görüşü keçirilib. Görüşdə ikitərəfli əməkdaşlığın inkişafından, o cümlədən Azərbaycan nümayəndə heyətinin katibi Qədir Xəlilovun konqres çərçivəsində fəal iştirakından məmnunluq ifadə olunub, son 10 il ərzində əməkdaşlığın daha da sürətlə inkişaf etdiyi vurğulanıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

STRASBURQ