XƏBƏR LENTİ

23 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2020 - 09:45

Hikmət Hacıyev:"Bu, Ermənistanın hərbi doktrinasının nə qədər aqressiv olduğunu bir daha təsdiqləyir"

“Təmas xəttində vəziyyət gərginləşməzdən əvvəl Ermənistan açıq şəkildə Azərbaycanın vacib enerji infrastrukturunu, həmçinin Mingəçevir su anbarını raket hücumları ilə təhdid etmişdi”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabındakı paylaşımında yazıb.

O bildirib ki, Ermənistanın son raket hücumları bu ölkənin hərbi doktrinasının nə qədər aqressiv olduğunu bir daha təsdiqləyir.