XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 October 2020 - 12:33

Erməni təxribatları:bu gündək 28 mülki şəxs həlak olub, 144 nəfər yaralanıb

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 28 mülki şəxs həlak olub, 144 nəfər yaralanıb.

Bundan başqa, 66 mülki obyekt və 427 yaşayış evi yarasız hala düşüb.