XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2020 - 15:55

İran XİN:"Azərbaycan və Ermənistana etiraz notası təqdim olunub"

“Azərbaycan və Ermənistana İranın rəsmi etiraz notası təqdim edilib”.

Strateq.az IRIB-ə istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Səid Xətibzadə bildirib.

Onun sözlərinə görə, etiraz notaları İslam respublikasının ərazi bütövlüyünü, vətəndaşlarının təhlükəsizliyini pozan və əmlkına ziyan vuran raket və mərmi atışları ilə əlaqədardır.

Səid Xətibzadə İranın öz vətəndaşlarının təhlükəsizliyinə heç bir şəkildə laqeyd yanaşmayacağını bir daha vurğulayaraq əlavə edib: “İslam Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməklə, hər iki tərəfdən dostluq münasibətləri və mehriban qonşuluq prinsipləri əsnasında xahiş etdik: bu cür qəbuledilməz hadisələrin təkrarlanmaması üçün lazımi təhlükəsizlik tədbirləri görün”.